UEFA "Beşiktaş"ı cərimələyib

UEFA "Beşiktaş"ı cərimələyib Buna səbəb "Beşiktaş" - “Leypsiq” görüşü zamanı “Vodafone Park” stadionunda işıqların sönməsidir
Futbol
23 Oktyabr , 2017 21:00
UEFA Beşiktaşı cərimələyib

Bakı. 23 oktyabr. REPORT.AZ/ UEFA Türkiyənin "Beşiktaş" klubunu 25 min avro məbləğində cərimələyib.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Türkiyə komandasının futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində Almaniyanın “Leypsiq” klubunu qəbul edərkən stadionda işıqların sönməsidir. 

Qeyd edək ki, sentyabrın 26-da "Beşiktaş"ın “Vodafone Park” stadionunda “Leypsiq" üzərdə 2-0 qalib gəldiyi matçın 60-cı dəqiqəsində işıqların sönməsi səbəbindən oyunda 10 dəqiqə fasilə yaranmışdı.

Son xəbərlər

Orphus sistemi