Yuxarı

UEFA Azərbaycan millisinin rəqibini cəzalandırıb

Xorvatiya millisinin qarşıdakı 2 ev oyununu bağlı qapılar arxasında keçirməsinə qərar verilib

Bakı. 23 iyul. REPORT.AZ/ UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin iclasında AVRO-2016-nın seçmə qrup mərhələsinin Xorvatiya - İtaliya matçında baş verənlərə baxılıb. "Report"un məlumatına görə, Xorvatiya millisinin qarşıdakı 2 ev oyununu bağlı qapılar arxasında keçirməsinə qərar verilib.

Eyni zamanda ölkə yığmasının hesabından 1 xal silinib. Komanda bir daha Splitdəki "Polyud" stadionunda seçmə oyun keçirməyəcək. Xorvatiya Futbol Federasiyası isə 100 min avro cərimələnib.

Qeyd edək ki, Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya və İtaliya milliləri arasında iyunun 12-də keçirilmiş görüşdə yerli azarkeşlər irqçi şüarlar səsləndiriblər. Bu qərardan sonra Xorvatiya yığmasının xalları 13-ə endirilsə də, liderliyini qoruyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi