Yuxarı

UEFA Avropa kuboklarında çıxış edən Azərbaycan klublarına pul vəsaiti ödəyib

UEFA-dan AFFA-ya daxil olan vəsait 4 klubun hesabına köçürülüb

Bakı. 4 noyabr. REPORT.AZ/ UEFA 2014-2015-ci il mövsümündə Avropa kuboklarında iştirak edən Azərbaycanın futbol klublarına pul vəsaiti ödəyib. "Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, UEFA-dan daxil olan pul vəsaiti artıq klubların hesabına köçürülüb.

"Qarabağ"a 575 min avro, "İnter"ə 250 min avro, "Qəbələ"yə 120 min avro, "Neftçi"yə isə 420 min avro ödənilib. Bu məbləğ hər bir klubun Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərində göstərdikləri nəticələrə əsasən, fərqli olub. 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"a daha öncə UEFA-dan 1.3 milyon avro ödənilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi