UEFA Avropa kuboklarında çıxış edən Azərbaycan klublarına pul vəsaiti ödəyib

UEFA Avropa kuboklarında çıxış edən Azərbaycan klublarına pul vəsaiti ödəyib UEFA-dan AFFA-ya daxil olan vəsait 4 klubun hesabına köçürülüb
Futbol
130
4 Noyabr , 2014 13:59
UEFA Avropa kuboklarında çıxış edən Azərbaycan klublarına pul vəsaiti ödəyib
Bakı. 4 noyabr. REPORT.AZ/ UEFA 2014-2015-ci il mövsümündə Avropa kuboklarında iştirak edən Azərbaycanın futbol klublarına pul vəsaiti ödəyib. "Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, UEFA-dan daxil olan pul vəsaiti artıq klubların hesabına köçürülüb.

"Qarabağ"a 575 min avro, "İnter"ə 250 min avro, "Qəbələ"yə 120 min avro, "Neftçi"yə isə 420 min avro ödənilib. Bu məbləğ hər bir klubun Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərində göstərdikləri nəticələrə əsasən, fərqli olub. 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"a daha öncə UEFA-dan 1.3 milyon avro ödənilib. 

Son xəbərlər

Orphus sistemi