UEFA “Arsenal”ın Bakıdakı təxribatının qarşısını alıb

UEFA “Arsenal”ın Bakıdakı təxribatının qarşısını alıb UEFA İngiltərənin “Arsenal” klubunun Bakıda təxribat törətmək cəhdinin qarşısını alıb.
Futbol
27 May , 2019 15:10
UEFA “Arsenal”ın Bakıdakı təxribatının qarşısını alıb

UEFA İngiltərənin “Arsenal” klubunun Bakıda təxribat törətmək cəhdinin qarşısını alıb.

“Report”un “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, London təmsilçisinin futbolçuları mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq final matçı zamanı isinmə hərəkətlərinə üzərində “Mxtiaryan” yazılan geyimdə çıxmaq istəyiblər. Lakin UEFA buna qarşı çıxıb və bildirilib ki, bu kimi təxribat xarakterli davranışlar qaydalara ziddir.

Futbolçuların oyuna qədər, matç zamanı və final fitindən sonra geyinəcəkləri bütün geyimlər Avropa futbol qurumu tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, “Arsenal” mayın 29-da keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq. Ermənistan yığmasının üzvü olan Mxitaryan Azərbaycanın və UEFA-nın onun təhlükəsizliyinə zəmanət verməsinə rəğmən, “Arsenal”ın heyətində Bakıya gəlməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi