Türkiyəli futbolçu karyerasını başa vurur

Türkiyəli futbolçu karyerasını başa vurur Klub rəhbərliyi ilə futbolçu arasında müqavilənin uzadılması barədə danışıqlar aparılmayıb
Futbol
31 Mart , 2018 13:11
Türkiyəli futbolçu karyerasını başa vurur

Bakı. 31 mart. REPORT.AZ/ Rusiyanın "Rubin"(Kazan) klubunda çıxış edən türkiyəli futbolçu Gökdeniz Karadeniz karyerasını başa vurur.

"Report" xəbər verir ki, hücumçu şəxsi "İnstagram" hesabından karyerasını sonlandırmağa yaxın olduğu barədə paylaşım edib və "yavaş-yavaş sona yaxınlaşıram" yazıb. 

Rusiya mətbuatına görə, Gökdeniz Karadenizin "Rubin"lə müqaviləsi mövsümün sonunda başa çatır. Klub rəhbərliyi ilə futbolçu arasında müqavilənin uzadılması barədə danışıqlar aparılmayıb. Rusiya təmsilçisi 2008-ci ildən komandada çıxış edən 38 yaşlı futbolçu üçün vida tədbiri hazırlamaq niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi