Yuxarı

​Türkiyə polisi "Fənərbaxça" klubunun avtobusunda axtarış aparıb

Avtobusda bomba olduğu bildirilib

Bakı. 18 may. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının XXXII turunda "Mersin İdmanyurdu" ilə qarşılaşmış "Fənərbaxça" klubunun avtobusunda axtarış aparılıb. 

"Report"un "Hürriyət"ə istinadən verdiyi məlumata görə, avtobusda bomba olduğu xəbəri polisləri hərəkətə keçirib.

Polislərin apardığı əməliyyat barədə nə klub rəsmilərinə, nə də Türkiyə Futbol Federasiyasının oyuna təyinat almış nümayəndəsinə məlumat verilməyib. Klubun baş katibi Mahmut Uslu yerli jurnalistlərə açıqlamasında axtarışın səbəbini bilmədiyini deyib: "Axtarışın hansı səbəbdən aparıldığı haqda məlumatımız yoxdur. Mənə elə gəlir ki, polisə avtobusda bomba olduğu barədə məlumat verilib".

Xüsusi təlim görmüş itlərin dəstəyi ilə həyata keçirilən əməliyyatda heç nə tapılmayıb. Bundan sonra komanda avtobusa minərək ərazidən uzaqlaşıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi