Türkiyə Kubokunda növbəti iki mərhələnin püşkatması keçirilib

Türkiyə Kubokunda növbəti iki mərhələnin püşkatması keçirilib Yarımfinalda "Beşiktaş"la "Fənərbağça" qarşılaşa bilər
Futbol
2 Fevral , 2016 17:06
Türkiyə Kubokunda növbəti iki mərhələnin püşkatması keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Futbol üzrə Türkiyə Kubokunda növbəti iki mərhələnin püşkü atılıb. "Report"un məlumatına görə, 1/4 finalda Türkiyənin 3 ən titullu klubu fərqli komandalara rəqib olub.

Püşkə əsasən, "Qalatasaray" Akhisar"a, "Beşiktaş" "Konyaspor"a, "Fənərbağça" "Amedspor"a rəqib olub. "Başakşehir" isə "Çaykur Rizespor"la üz-üzə gələcək. Yarımfinalda ilk cütün qalibi sonuncusu, ikinci cütün qalibi isə üçüncüsü ilə qarşılaşacaq.

Hər iki mərhələnin oyunları ev və səfər prinsipi ilə keçiriləcək. 1/4 final qarşılaşmaları 9 - 11 fevralda və 1 - 3 martda olacaq. Yarımfinal oyunları isə 19 - 21 aprel və 10 - 12 mayda nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi