Türkiyə klubuna transfer qadağası qoyuldu, xalları silindi

Türkiyə klubuna transfer qadağası qoyuldu, xalları silindi Türkiyənin Əskişəhərspor klubuna ağır cəza verilib.
Futbol
10 Aprel , 2020 20:02
Türkiyə klubuna transfer qadağası qoyuldu, xalları silindi

Türkiyənin "Əskişəhərspor" klubuna ağır cəza verilib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, keçmiş futbolçusu Rud Boffinə olan borcunu ödəyə bilmədiyi üçün birinci liqa təmsilçisinin hesabından 6 xal silinib.

Həmçinin komandaya transfer qadağası qoyulub. Əskişəhəri təmsil edən kollektiv qarşıdakı 2 "transfer pəncərəsi" dövründə heyətinə yeni oyunçular cəlb edə bilməyəcək.

Məlumatda bildirilib ki, belçikalı qapıçıya borc qarşılığında 75 000 avro dəyərində ev və 24 ay müddətinə hissə-hissə ödəmək şərtilə 100 000 avro təklif olunsa da, 33 yaşlı qolkiper bundan imtina edib.

Qeyd edək ki, Rud Boffin 2012-2017 mövsümündə "Əskişəhərspor"un formasını geyinib.

Son xəbərlər

Orphus sistemi