Yuxarı
    Bağlamaq

    ​Türkiyə klubu saqqal saxlayan futbolçuları cərimələyəcək

    Cavcav hesab edir ki, bu, gənclər üçün pis nümunədir

    Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin "Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav komanda futbolçularını saqqal saxladıqlarına görə 7 min avro məbləğində cərimələmək niyyətindədir.

    "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Cavcav hesab edir ki, bu, gənclər üçün pis nümunədir.

    Klub prezidenti, həmçinin Türkiyə Futbol Federasiyasının sədri Yıldırım Dəmirörəni əmin etməyə çalışıb ki, o, oyunçular üçün saqqal saxlamağa ümumilli qadağa tətbiq etsin.

    "Mənim 80 yaşım var və mən hər gün üzümü qırxıram. Siz idmançısınız və gənclər üçün nümunə olmalısınız", — deyə Cavcav bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi