​Türkiyə klubu saqqal saxlayan futbolçuları cərimələyəcək

​Türkiyə klubu saqqal saxlayan futbolçuları cərimələyəcək Cavcav hesab edir ki, bu, gənclər üçün pis nümunədir
Futbol
17 Noyabr , 2014 01:25
​Türkiyə klubu saqqal saxlayan futbolçuları cərimələyəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin "Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav komanda futbolçularını saqqal saxladıqlarına görə 7 min avro məbləğində cərimələmək niyyətindədir.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Cavcav hesab edir ki, bu, gənclər üçün pis nümunədir.

Klub prezidenti, həmçinin Türkiyə Futbol Federasiyasının sədri Yıldırım Dəmirörəni əmin etməyə çalışıb ki, o, oyunçular üçün saqqal saxlamağa ümummilli qadağa tətbiq etsin.

"Mənim 80 yaşım var və mən hər gün üzümü qırxıram. Siz idmançısınız və gənclər üçün nümunə olmalısınız", - Cavcav bildirib.

Son xəbərlər

Orphus sistemi