Yuxarı
    Bağlamaq

    ​Türkiyə klubu son 5 ayda 5 baş məşqçi dəyişib

    Məşqçilərdən biri 50 dəqiqə işləyib

    Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyənin "Gənclərbirliyi" futbol klubu maraqlı statistika ilə diqqət cəlb edir. "Report"un məlumatına görə, 82 yaşlı klub prezidenti İlhan Cavcav cari mövsümdə 5-ci baş məşqçi ilə yollarını ayırıb.

    Mövsümə Stuart Baksterlə başlayan komanda 2 həftə ərzində qeydə alınan məğlubiyyətdən sonra əcnəbi mütəxəssislə yolları ayrılıb. Bundan sonra Mehmet Özdileklə müqavilə imzalanıb və qış fasiləsinə 2 həftə qalmış o da göndərilib. Daha sonra boş qalmış post müvəqqəti olaraq 2-ci liqada mübarizə aparan "Hacettepe"nin baş məşqçisi Mustafa Kaplana həvalə olunub. Lakin XVII turda "Fənərbağça" məğlubiyyətindən sonra komandada yenə baş məşqçi dəyişikliyi baş verib. İ.Cavcav bu dəfə isə Fuat Çapanı kluba gətirib və 50 dəqiqə içərisində onunla yolları ayrılıb. Sonda isə tez-tez komanda dəyişikliyi ilə tanınan Yılmaz Vuralın "Gənclərbirliyi"ndəki fəaliyyəti cəmi 5 gün çəkib.

    İndi isə klub prezidenti mövsümdə 6-cı baş məşqçi qismində iki namizədi nəzərdən keçirir. Bunlar Sergen Yalçın və Mesut Bakkaldır. İlk olaraq, Yalçına üstünlük verəcəyi gözlənilən Cavcavın problem yaranacağı təqdirdə Bakkalla anlaşacağı bildirilir.

    Qeyd edək ki, "Gənclərbirliyi" Türkiyə Super Liqasında ilk dövrəni 18 komanda arasında 16-cı pillədə başa vurub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi