Yuxarı

“Trabzonspor”un futbolçusu: “Hələ Azərbaycan və Türkiyə milliləri arasında seçim etməmişəm”

​“Trabzonspor”un futbolçusu yenidən Azərbaycan millisinə gələ bilər

“Trabzonspor” klubunun futbolçusu Murat Cem Akpınar hələ Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etməyib.

“Report” xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bu barədə “61 saat” portalına açıqlamasında bildirib. O, son qərarını vermədiyini deyib: “Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında oynamışam. Təklif gəlsə, Türkiyənin əsas yığmasında da oynaya bilərəm. Hələ seçim etməmişəm”.

Qeyd edək ki, Murat Cem Akpınar daha əvvəl Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə 2016-cı ildə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub. “Trabzonspor”un aşağı yaş qruplarından ibarət komandasından yetişən yarımmüdafiəçi ötən mövsümü “1461 Trabzonspor”da icarə əsasında keçirib. Son turlarda sərgilədiyi oyunla ön plana çıxan Akpınarın Türkiyənin əsas millisinə çağırılması gündəmdədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi