Yuxarı

"Trabzonspor" azarkeşləri qırmızı vərəqə aksiyası keçirib

Hadisə insidentsiz başa çatıb

Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" futbol klubunun azarkeşləri Super Liqada XXII turun "Qalatasaray"la səfər oyununda baş hakim Deniz Ateş Bitnelin göstərdiyi qırmızı vərəqələrə etiraz əlaməti olaraq bu gün aksiya keçiriblər. "Report"un məlumatına görə, "bordo-mavililər"in təxminən 300 azarkeşi Atatürk parkında bir araya gəliblər.

Əllərində qırmızı vərəqə olan etirazçılar Türkiyə Futbol Federasiyası, Mərkəzi Hakimlər Komitəsi və "Qalatasaray"da çıxış edən "Trabzonspor"un sabiq futbolçuları Umut Bulut və Selçik İnanın əleyhinə şüarlar səsləndiriblər. Azarkeşlər hakimin əlindən qırmızı vərəqəni alıb referinin özünə "qırmızı" göstərən Salih Dursuna da dəstək olduqlarını bildiriblər.

Aksiya insidentsiz başa çatıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi