Yuxarı

"Tottenhem"in baş məşqçisi: "Komandam "Qarabağ"la oyunda qələbəyə layiq idi"

Maurisio Poçettino: Buraxılan topdan sonra dönüş yaratmaq asan deyildi

Bakı. 18 sentyabr. REPORT.AZ/ İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib. "Report"un məlumatına görə, italiyalı mütəxəssis 3 dəqiqəyə dubl etmiş cənubi koreyalı hücumçu Son Hyun Minin çıxışından razı qaldığını bildirib.

O, nəticənin ədalətli olduğunu söyləyib: "Komandam qələbəyə layiq idi. Qalib gəlməyi çox istəyirdik. Komandada yaxşı balans var idi. Buraxılan topdan sonra dönüş yaratmaq asan deyildi. Amma komandamın toparlanaraq, xarakter göstərməsindən razı qaldım. Son Hyun Minin debütü uğurlu alındı. O, yaxşı oğlandır və qol vurmasına sevindim".

Qeyd edək ki, "Qarabağ" "Tottenhem"lə matçın əvvəllərində penaltidən qolla hesabı açsa da, sonradan 3 qol buraxaraq, 1:3 hesabı ilə uduzub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi