Yuxarı

​Topaz Premyer Liqasının XVII turuna start verilib

Bakı öz meydanında AZAL-a məğlub olub

Bakı. 17 dekabr. REPORT.AZ / Futbol üzrə Topaz Premyer Liqasında XVII tura start verilib. "Report"un məlumatına görə, açılış oyununda "Bakı" öz meydanında AZAL klubunu qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan Tomi Kostadinov "dubl" edib, daha bir qolu Oskar Klava vurub. Paytaxtın eyniadlı klubunda isə Nurlan Novruzov fərqlənib. Qələbə sayəsində AZAL 16 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 15 turdan sonra 10 xal toplayan "Bakı" isə siyahıda sonuncudur.

Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi