Bakı. 17 dekabr. REPORT.AZ / Futbol üzrə Topaz Premyer Liqasında XVII tura start verilib. "Report"un məlumatına görə, açılış oyununda "Bakı" öz meydanında AZAL klubunu qəbul edib.
Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan Tomi Kostadinov "dubl" edib, daha bir qolu Oskar Klava vurub. Paytaxtın eyniadlı klubunda isə Nurlan Novruzov fərqlənib. Qələbə sayəsində AZAL 16 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 15 turdan sonra 10 xal toplayan "Bakı" isə siyahıda sonuncudur.
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.