Yuxarı

Topaz Premyer Liqasında 16-cı tura yekun vurulub

Qəbələ Qarabağa qalib gəldi

Bakı. 14 dekabr. REPORT.AZ/ Topaz Premyer Liqasında 16-cı tura yekun vurulub.

"Report" xəbər verir ki, autsayder “Bakı” “Xəzər Lənkəran”la üz-üzə gəlib. Bu oyunda hesab açılmadığına görə tərəflər hərəyə 1 xal qazanıblar.

Son ölkə çempionu “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Oyunda hesabı qonaqlar açsa da, meydan sahibləri əzmkar qələbə qazanmağa nail olublar - 2:1.

Nəhayət, turun qapanış matçında “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Paytaxt komandası sahədən 3:2 hesablı çətin qələbə ilə ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi