Bakı. 14 dekabr. REPORT.AZ/ Topaz Premyer Liqasında 16-cı tura yekun vurulub.
"Report" xəbər verir ki, autsayder “Bakı” “Xəzər Lənkəran”la üz-üzə gəlib. Bu oyunda hesab açılmadığına görə tərəflər hərəyə 1 xal qazanıblar.
Son ölkə çempionu “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Oyunda hesabı qonaqlar açsa da, meydan sahibləri əzmkar qələbə qazanmağa nail olublar - 2:1.
Nəhayət, turun qapanış matçında “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Paytaxt komandası sahədən 3:2 hesablı çətin qələbə ilə ayrılıb.