Yuxarı
    Bağlamaq

    Tofiq Bəhramov adına Respublika Stadionu "Qarabağ" - PAOK oyununa hazırdır

    Aramsız yağışlar ot örtüyünə ziyan vurmayıb

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının J qrupunda "Qarabağ"la Yunanıstan PAOK-u arasında keçiriləcək Tofiq Bəhramov adına Respublika Stadionu komandaları qəbul etməyə hazırdır.

    Stadionun direktoru Şamil Quliyevin "Report"a verdiyi məlumata görə, bir müddətdir ot örtüyünün yararsız olması səbəbindən təmirə bağlanan mərkəzi arena tam hazır vəziyyətə gətirilib. O bildirib ki, aramsız yağışlar yeni ot örtüyünə ziyan vurmayıb. Hazırda arenanın ot örtüyü Qəbələ şəhər stadionuna qulluq edən ingilis Filip Şarplesin nəzarətindədir.

    Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - PAOK oyunu saat 21:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi