Təxirə salınmış "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşməyib
Futbol
- 03 dekabr, 2018
- 09:37
Bakı. 3 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda daha bir qarşılaşma keçirilib.
"Report" xəbər verir ki, ötən gündən təxirə salınmış "Qəbələ" - "Zirə" matçında hesab açılmayıb. Qəbələ şəhər stadionundakı görüş 57-ci dəqiqədən etibarən start götürüb. 61-ci dəqiqədə qonaqların futbolçusu Bilal Həmdi qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra əyalət təmsilçisi xallarının sayını 16-ya yüksəldib və 5-ci pillədə qalıb. 10-cu xalını qazanan "Zirə" isə hələlik, 7-ci sıraya yüksəlib.
Qeyd edək ki, dekabrın 1-də keçirilmiş matçda "Neftçi" səfərdə "Sabah"a 2:1, "Sumqayıt" isə evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Qarabağ" - "Keşlə" matçı ilə yekun vurulacaq.
Son xəbərlər
03:57
ÜST rəhbəri uşaqları qorumaq üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinə çağırıb
Digər ölkələr03:47
Rusiyanın xərçəng əleyhinə vaksinləri serbiyalı xəstələr üçün əlçatan olacaq
Digər ölkələr03:19
İranın XİN başçısı ABŞ nümayəndələri ilə görüşdən əvvəl Omanda danışıqlar aparıb
Digər ölkələr02:57
İtaliyada XXV Qış Olimpiya Oyunlarına start veriləcək
Komanda02:21
AK Serbiya rəhbərliyini məhkəmə-hüquq qanunlarının icrasını dayandırmağa çağırıb
Digər ölkələr01:57
Netanyahu Misirin hərbi potensialının artmasından narahatlığını bildirib
Digər ölkələr01:22
Çin peyklərin sıradan çıxarılması üçün silah hazırlayıb
Digər ölkələr01:01
Video
Qərbi Azərbaycan xronikası: Erməni ritorikasında yeni xətt açılıb
Daxili siyasət00:50