Tərlan Əhmədov: "Tələb etdiyim oyunu görmədim"

Tərlan Əhmədov: "Tələb etdiyim oyunu görmədim" “Ardıcıl iki oyun məğlub olmaq çox acı hissdir. Heç bir məşqçi bunu yaşamaq istəməz. Görünür ki, işimizin belə uğursuzluqlarla bağlılığı var. Qarşıda 11 oyun var. Ardıcıl iki matç uduzan komandanın oyunundan danışacağım söz yoxdur. Futbolçular əziyyət çəkirlər. Onların haqqını tapdalamaq olmaz. Hər halda, məğlubiyyətdə ən böyük günah məndədir. Görünür, hələ komandanı tam formalaşdıra bilməmişik. Qışdan sonra eniş var. Bunu yoluna qoymalıyıq. Səbrlə işimizi davam etdirməliyik.
Futbol
16 Fevral , 2020 22:15
Tərlan Əhmədov: Tələb etdiyim oyunu görmədim

“Ardıcıl iki oyun məğlub olmaq çox acı hissdir. Heç bir məşqçi bunu yaşamaq istəməz. Görünür ki, işimizin belə uğursuzluqlarla bağlılığı var. Qarşıda 11 oyun var. Ardıcıl iki matç uduzan komandanın oyunundan danışacağım söz yoxdur. Futbolçular əziyyət çəkirlər. Onların haqqını tapdalamaq olmaz. Hər halda, məğlubiyyətdə ən böyük günah məndədir. Görünür, hələ komandanı tam formalaşdıra bilməmişik. Qışdan sonra eniş var. Bunu yoluna qoymalıyıq. Səbrlə işimizi davam etdirməliyik".

"Report"un məlumatına görə, "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasında XVII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 49 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- "Keşlə" adətən etibarlı müdafiə ilə seçilib. Son iki turda isə əksini görürük...

- Hərdən elə sual olur, özüm də çətinlik çəkirəm cavab verməyə. Boyoviç uzun müddət zədəli oldu. Flores kart limitini doldurmuşdu. Latın amerikalıların təlim-məşq toplanışına gəlməsi bizim üçün problemdir. Bakı hazırlığında onların heç biri iştirak etməyib. Bu gün də onun acısını yaşayırıq. Mənim məşqçilik karyeramda 5 oyun ardıcıl məğlubiyyət olub. Amma elə də olub ki, ardıcıl 17 oyun da uduzmamışıq. Düşünürəm ki, komanda toparlanacaq.

-Bugünkü matç göstərdi ki, "Keşlə" heyət baxımından mükafatlar uğrunda mübarizə aparan rəqiblərindən geri qalır...

- Artıq nəsə etmək çətindir. Ruslanın nə vaxt qayıdacağını bilmirik. Kamara növbəti matçda iştirak edəcək. Sezar son 3 məşqi buraxmışdı. Frutos da eynilə. Rotasiyalar üçün əlimdə olan futbolçular budur. Səbrsizliklə Ruslanla Kamaranın sıraya dönməsini gözləyirəm. Mən həmişə komanda oyunu quracağımı düşünürdüm. Amma görürəm ki, bir futbolçu böyük əhəmiyyət daşıyır. Ruslanla Kamaranın yoxluğu hiss olunur.

- Enişin səbəbləri nələrdi?

- Bunu açıqlamağın heç bir mənası yoxdur. İnsanın başına belə şeylər gəlir. İllərlə xoşbəxt yaşayan ailədə də hansısa söz-söhbər olur və problemlər yaranır. Çox nüanslar var. İki məğlubiyyət hər şeydən məhrum olmamağımız demək deyil.

- Daboya bu qədər boş ərazi verilməsi nə ilə bağlı idi?

- Əvvəl də qeyd etdim ki, bu gün “Keşlə”də futbol adına heç bir şey yox idi. Mən tələb etdiyim oyunu görmədim. Rəqib gözəl futbol nümayiş etdirdi və qələbəsini qazandı.

Son xəbərlər

Orphus sistemi