Tərlan Əhmədov: "Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”

Tərlan Əhmədov: "Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur” Bakı. 6 dekabr. REPORT.AZ/ “1/8 final mərhələsi 10 oyundan ibarətidr. Bu gün I Divizion klubu “Şüvəlan” ilə üz-üzə gəldik.
Futbol
6 Dekabr , 2018 19:45
Tərlan Əhmədov: Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”

Bakı. 6 dekabr. REPORT.AZ/ “1/8 final mərhələsi 10 oyundan ibarətidr. Bu gün I Divizion klubu “Şüvəlan” ilə üz-üzə gəldik". 

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/8 finalında "Şüvəlan"ı 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 

48 yaşlı mütəxəssis birinci hissədə çətinlik çəkdiklərini və qol vura bilmədiklərini vurğulayıb. "İkinci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq. Aqil Nəbiyev “Şüvəlan”da yaxşı kollektiv qura bilib, bu səbəbdən onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”.

Son xəbərlər

Orphus sistemi