Tələbələr arasında futzal üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

Tələbələr arasında futzal üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib Mərasimə AFFA prezidenti və təhsil nazirinin müavini qatılıb
Futbol
18 Aprel , 2016 15:54
Tələbələr arasında futzal üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı İdman Sarayında ali və orta ixtisas təhsilli müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Futzal Federasiyası, Gənclər və İdman Nazirliyinin nümayəndələri, təhsil ocaqlarının rəhbərləri iştirak ediblər.

F.Qurbanov ilk dəfə təşkil olunan yarışın məqsədini ali və orta ixtisas təhsilli məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, kütləvi bədən tərbiyəsi və idmana olan münasibəti hərtərəfli formalaşdırmaqdan ibarət olduğunu deyib. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da gənclərin inkişafından, onların idmana diqqətindən söz açdıqdan sonra yarış iştirakçılarına uğurlar arzulayıb.

Ardınca tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanan futzal üzrə milli komandanın üzvü Rizvan Fərzəliyevə hədiyyə təqdim olunub. Hədiyyəni F.Qurbanov və A.Məhərrəmov verib.

Tədbirin rəsmi hissəsindən sonra komandalar meydana çıxıb. Açılış oynunda topa ilk toxunan futbol üzrə milli komandanın və "Qarabağ" klubunun üzvü Rəşad Sadıqovla R.Fərzəliyev olub.

Son xəbərlər

Orphus sistemi