Tanınmış futbolçu 2 illik fasilədən sonra karyerasını bərpa edib

Tanınmış futbolçu 2 illik fasilədən sonra karyerasını bərpa edib Lendon Donovan Meksikanın “Leon” klubu ilə anlaşıb
Futbol
13 Yanvar , 2018 12:11
Tanınmış futbolçu 2 illik fasilədən sonra karyerasını bərpa edib

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ millisinin sabiq futbolçusu Lendon Donovan 2 illik fasilədən sonra karyerasını bərpa edib.

“Report” xəbər verir ki, 36 yaşlı hücumu Meksikanın “Leon” klubu ilə anlaşıb.

Bu, L.Donovanın futbola ikinci dönüşü olub.

2014-cü ildə karyerasını başa vurduğunu açıqlayan forvard 2016-cı ilin sentyabrından “Los-Anceles Qelaksi” ilə qısamüddətli müqavilə bağlayıb və 5 oyunda meydana çıxıb.

Qeyd edək ki, Donovan karyerası ərzində Almaniyanın “Bayer” və “Bavariya”, eləcə də İngiltərənin “Everton” klubun formasını geyinib. O, yığmanın heyətində çıxdığı 157 oyunda 57 qol vurub.

Son xəbərlər

Orphus sistemi