Yuxarı

Tale Heydərov: “Qəbələ”də maliyyə problemi yoxdur” - MÜSAHİBƏ

Tale Heydərov: “Qəbələ”də maliyyə problemi yoxdur” - MÜSAHİBƏ
© Report

Gəncə. 25 noyabr. REPORT.AZ / "Qəbələ" klubunun prezidenti Tale Heydərov səfərdə "Kəpəz"i 6:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:

- Belə nəticəni gözləmirdik. Çünki ilk dövrədə Qəbələdə "Kəpəz"ə 0:2 hesabı ilə uduzmuşduq. Rəqib hazırda sonuncu yerdə olsa da, bugünkü görüş bizim üçün çox vacib idi. Futbolçularımız yaxşı çıxış etdilər və gözəl qələbə əldə etdilər.

- Artıq 13 oyun keçirmisiniz. Bu müddətdə "Qəbələ" lider olmasa da, ilk 3-lükdə qərarlaşıb. İki dövrə ərzində komandanızın çıxışını necə dəyərləndirərdiniz?

- Məncə, yaxşı çıxış etdilər. Bəzi oyunlarda xal itirməməli idik. Nəyə görəsə, "Qəbələ" bəzən zəif komandalara gözlənilmədən uduzur və ya xal itirir. Ümumilikdə, çıxışlarımızı yaxşı qiymətləndirərdim.

- Bu komanda "Qarabağ"ın hegemonluğuna son qoya bilər?

- Bunu etməyə çalışacağıq. "Qarabağ" da çox güclüdür, Çempionlar Liqasında çox gözəl çıxış edir. Ona görə də bizim üçün asan olmayacaq. Amma əlimizdən gələni edəcəyik ki, bu mövsüm çempion olaq.

- Son zamanlar "Qəbələ"nin maliyyə durumu ilə bağlı neqativ xəbərlər dolaşır...

- Bizdə heç bir problem yoxdur. Müəyyən vaxtlarda ödənişlərdə müəyyən gecikmələr baş verə bilər. Amma ümumilikdə ciddi problem olduğunu deməzdim. Bütün oyunçular hazırkı vəziyyətdən razıdırlar və hər şey qaydasında gedir.

- Qış hazırlıq planları ilə bağlı baş məşqçi Roman Qriqorçukla söhbətiniz olub?

- Baş məşqçi yeni oyunçular istəsə, onları almağa hazırıq. Əlbəttə, bu, mövcud büdcə imkanları daxilində baş verəcək. Baş məşqçi nə qərar versə, onu dəstəkləyəcəyik. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi