​Tahir Gözəl: "Qazandığımız kubokları mütləq Ağdama aparacağıq" - MÜSAHİBƏ

​Tahir Gözəl: "Qazandığımız kubokları mütləq Ağdama aparacağıq" - MÜSAHİBƏ Cəhbə xəttindəkiləri ziyarət etmək, əsgərlərimizə mənəvi dəstək vermək fikrindəyik
Futbol
26 May , 2016 00:10
​Tahir Gözəl: Qazandığımız kubokları mütləq Ağdama aparacağıq - MÜSAHİBƏ

Bakı. 26 may. REPORT.AZ/ "Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan kubokunda "Neftçi” ilə final oyunundan sonra brifinq keçirib. Klub rəhbəri "Report.az"-ın da əməkdaşının sualını cavablandırıb.

- Finalı necə dəyərləndirirsiniz?

- Sonadək maraqlı oyun oldu. "Neftçi” qapalı, müdafiə futbolu oynadı. Mübarizənin bu qədər sürməsi bizi çox həyəcanlandırdı. İki il dalbadal kuboku qazanmaq üçün "Qarabağ” üçün böyük şərəfdir, böyük uğurdur. Güman edirəm ki, bu "Qarabağ”la Azərbaycanı, gözəl ölkəmizi avrokuboklarda layiqincə təmsil edəcəyik. Buna ümidimiz böyükdür.

- Oyunda qələbə topunu yalnız əlavə vaxtın son dəqiqəsində vura bildiniz...

- Mən matç ərzində yeddi qol epizodumuzu saydım. "Neftçi” isə tam müdafiə oynadı. Buna görə ona qol vurmaq çətin oldu. Qarşıda bir divar hörmüşdülər. Əlbəttə, qol imkanlarımızdan bir neçəsi real idi. Ancaq bunlardan istifadə edə bilmədik. "Neftçi” böyük, güclü komandadır. Ona hər zaman qalib gəlmək də çətindir. "Qarabağ”ı, eləcə də "Neftçi”ni təbrik edirəm.

- Oyunsonrası penaltilərə hazırlaşmışdınız?

- Bəli, artıq tam hazırlaşırdıq ki, oyunsonrası penaltilər olacaq. "Neftçi”nin qapıçısı Aqil Məmmədovu da təbrik edirəm. Çox gözəl qurtarışları vardı. Doğrudan da möhtəşəm oynadı. Mişelin qolu möhtəşəm, ”Qarabağ”a layiqli idi.

- Hakim idarəçilyindən razı qaldınlzmı?

- Bir penaltiyə oxşar epizod vardı. Anca dəqiq görmədiyimdən fikir söyləyə bilmərəm. Hər halda, hakimlik normal oldu. Mən razı qaldım. "Neftçi” bəzən oyunu ləngidirdi, futbolçuları yerə uzanırdı. Ancaq həqiqəti bilmək olmur ki, futbolçu zədəlidir ya yox.

- Siz "Qarabağ” – "Neftçi” derbisini "aslanların savaşı" adlandırmışdınız. Bu gün meydanda 11, yoxsa 22 aslan vardı?

- 22 aslan. Mübarizə 120 dəqiqə keçdi. "Neftçi”nin ümidi əks-hücumda qol vurmaq idi. Ancaq sonda biz qələbə topunu vurduq. Həm gözəl, həm də bizizm üçün çox çətin oyun oldu.

- Demişdiniz ki, kuboku Ağdama aparacaqsınız. Bunu nə vaxt edəcəksiniz?

- Ağdama mütləq gedəcəyik. Sözlərimiz bundan sonra həyata keçəcək. Qurban Qurbanovla, komanda ilə danışıb səfəri reallaşdıracağıq. Ən böyük arzumuz Ağdama qazandığımız kuboklarla getməkdir. Cəhbə xəttinə gedib, oradakıları ziyarət edib, əsgərlərimizə mənəvi dəstək vermək fikrindəyik. Plandadır, vaxtını dəqiqləşdirəcəyik.

- "Qarabağ”ın superfutbol oynaması ümün super transferlər laızmdır. Bunu nə vaxt həyata keçirəcəksiniz?

- Qurban Qurbanovla danışdım. Sağ olsun sponsorumuz "Azərsun Holdinq”, arxamızda durub. Ancaq çox bacarıqlı legionerləri Azərbaycanı dəvət etməyə razı salmaq çox asan iş deyil. Çünki yaxşı oynayan futbolçuları Avropa, Türkiyə klubları tələb edirlər. Buna görə də onları Azərbaycana cəlb etmək asan deyil. Sponsorumuz Qurban Qurbanova yaşıq işıq yandırıb ki, lazım olsa, gətir. Qalır texniki məsələlər ki, bunlar bizdən asılı deyil.

Son xəbərlər

Orphus sistemi