“Sumqayıt” - “Qarabağ” matçının yeri dəyişdirilib

“Sumqayıt” - “Qarabağ” matçının yeri dəyişdirilib Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyununun yeri dəyişdirilib.
Futbol
12 Sentyabr , 2018 16:26
“Sumqayıt” - “Qarabağ” matçının yeri dəyişdirilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyununun yeri dəyişdirilib.

"Report" xəbər verir ki, dəyişiklik "Qarabağ”ın Peşəkar Futbol Liqasına müraciəti əsasında reallaşıb. 

Avropa Liqasının qrup mərhələsində “Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la matçın təbii örtüklü “Azərsun Arena”da keçirilməsini xahiş edib.

“Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası “Sumqayıt” – “Qarabağ” oyununun bu ilin sentyabrın 14-ü saat 20:00-da “Azərsun Arena”da keçirilməsinə qərar verib. Bu qarşılaşmada meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda “Sumqayıt” təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi