"Sumqayıt" komandası bu mövsüm ilk dəfə ev oyununu öz meydanında keçirəcək - VİDEO

"Sumqayıt" komandası bu mövsüm ilk dəfə ev oyununu öz meydanında keçirəcək - VİDEO Bakı. 27 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib.
Futbol
27 Noyabr , 2018 15:54
Sumqayıt komandası bu mövsüm ilk dəfə ev oyununu öz meydanında keçirəcək - VİDEO

Bakı. 27 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib. 

"Report"un məlumatına görə, "Sumqayıt" komandası bu mövsüm ilk dəfə ev oyununu doğma "Kapital Bank Arena"da keçirəcək. Dekabrın 1-də "Səbail"lə nəzərdə tutulan oyun saat 19:00-da başlanacaq. 

"Qarabağ" isə "Keşlə"ni yenə Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. 

1 dekabr (şənbə )

16:30. “Sabah” – “Neftçi”
“Əlincə Arena”

19:00. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

2 dekabr (bazar)

17:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

19:30. “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi