Bakı. 1 may. REPORT.AZ/ "Sumqayıt" klubu futbolçusu Bəxtiyar Həsənalızadə ilə müqavilə müddətini uzadıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı müdafiəçi daha 1 il "gənclik şəhəri" təmsilçisinin formasını geyinəcək.
O, Vurğun Hüseynov və Rail Məlikovun ardından yeni anlaşmaya qol çəkən üçüncü müdafiəçi olub.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 23 qarşılaşmada meydana çıxıb (1966 dəqiqə) və 1 qol vurub. 2011-ci ildən komandada olan müdafiəçi ümumilikdə 117 oyunda forma geyinib.