​"Sumqayıt" klubu 3 futbolçu ilə yollarını ayırıb

​"Sumqayıt" klubu 3 futbolçu ilə yollarını ayırıb "Baş məşqçinin qərarına əasən bu cür addım atılıb"
Futbol
6 Aprel , 2016 11:06
​Sumqayıt klubu 3 futbolçu ilə yollarını ayırıb

Bakı. 6 aprel. REPORT.AZ/ "Sumqayıt" klubu 3 futbolçu ilə yollarını ayırıb. Bu barədə "Report"a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

Onun sözlərinə görə, komandanın baş məşqçisi Samir Abasov Tofik Mikayılov, Emin Mehtiyev və Uğur Pamukun xidmətindən imtina edib: "Hər üç futbolçu klubdan uzaqlaşdırılıb. Baş məşqçinin qərarına əsasən, bu cür addım atılıb. Səbəb isə futbolçuların meydançada baş məşqçinin tapşırıqlarını yerinə yetirməməsi, bir sözlə, oyun nizam-intizamına riayət etməmələridir".

C.Sultanov futbolçularla müqavilənin olduğunu, lakin bu məsələnin də həllinin tapılacağını bildirib: "Hər bir futbolçunun müqaviləsində şərtlər qeyd olunur. Rəhbərlik tərəfindən iş görülür və buna uyğun addım atılacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" 28 turdan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi