"Sumqayıt" "Keşlə"dən ayrılan müdafiəçini heyətinə qatıb

"Sumqayıt" "Keşlə"dən ayrılan müdafiəçini heyətinə qatıb 2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Futbol
13 İyun , 2019 16:08
Sumqayıt Keşlədən ayrılan müdafiəçini heyətinə qatıb

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 

"Report" klubun saytına istinadən xəbər verir ki, son mövsümü “Keşlə”də keçirən Sertan Taşqınla 2 illik müqavilə imzalanıb. 22 yaşlı müdafiəçi "gənclik şəhəri" təmsilçisində 22 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Sertan Taşqın peşəkar futbolçu karyerası ərzində yalnız “Keşlə”nin heyətində çıxış edib (55 oyun, 4 qol). O həmçinin Azərbaycanın U-19 (3 oyun) və U-21 millilərinin (11 oyun) şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi