Yuxarı
    Bağlamaq

    “Sumqayıt”ın baş məşqçisi: “Bu oyun göstərdi ki, Avroliqa haqda danışamaq tezdir”

    “Uşaqlar elə səhvlər etdi ki, deməyə söz yoxdur”

    Bakı. 4 mart. REPORT.AZ/ “Bu oyun “Sumqayıt” komandasına bir cavab oldu. Arzuladığımız bir şey var, bir də reallıq. Avroliqa haqda düşünürdük. Bugünkü oyun göstərdi ki, Avrokubokdan danışamaq tezdir”.

    “Report”un məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov ölkə çempionatının XXI turunun açılış matçında “Qarabağ”a (0:4) məğlubiyyətdən sonra keçirdiyi mətbuat konfransında deyib.

    39 yaşlı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.

    - Bu oyun “Sumqayıt” komandasına bir cavab oldu. Arzuladığımız bir şey var, bir də reallıq. Avroliqa haqda düşünürdük. Bugünkü oyun göstərdi ki, Avrokubokdan danışamaq tezdir. Oyun ərzində elə epizodlar oldu ki, məni susmağa vadar etdi. İnanmıram ki, gələcək turlarda belə oynayacağıq. Bu oyundan sonra 4-cü yer haqda düşünmək belə istəmirik. Bu baş versə, təsadüfə bağlayarsınız.

    Bu gün sistemi dəyişdiniz, 4 müdafiəçi ilə oynadınız...

    - Beş müdafiəçi ilə oynadığımız kubok oyununu yada salın, 6 qol buraxmışdıq. Sistemi bir qırağa qoyun, uşaqlar həyəcanlı idi.

    Adətən sərkərdəsi həyəcan keçirdən əsgər qorxur. Rəqibdən çəkinirdiniz?

    - Xeyr, qətiyyən. Ancaq belə alındı. Uşaqlar elə səhvlər etdi ki, deməyə söz yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi