Stamenkoviç: “Azərbaycan indiyədək Marko Deviç kimi hücumçu görməyib”

Stamenkoviç: “Azərbaycan indiyədək Marko Deviç kimi hücumçu görməyib” Bakı. 16 sentyabr. REPORT.AZ/ “İlk növbədə “Sabah”ın azarkeşlərini və komanda yoldaşlarımı təbrik edirəm. Futbolçularımız var gücləri ilə mübarizə apardılar”.
Futbol
16 Sentyabr , 2018 23:42
Stamenkoviç: “Azərbaycan indiyədək Marko Deviç kimi hücumçu görməyib”

Bakı. 16 sentyabr. REPORT.AZ/ “İlk növbədə “Sabah”ın azarkeşlərini və komanda yoldaşlarımı təbrik edirəm. Futbolçularımız var gücləri ilə mübarizə apardılar”.

Bunu “Report”a Azərbaycan Premyer Liqasının IV turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən “Sabah”ın qapıçısı Saşa Stamenkoviç deyib.

Serbiyalı futbolçu bildirib ki, əsas məsələ kimin yaxşı oynaması yox, 3 xal qazanmasıdır:

“Əsas məsələ bizim əlimizə düşən fürsəti dəyərləndirməyimizdir. Meydanda kimin daha yaxşı olması önəmli deyil. Əlbəttə, ikinci hissədə “Qəbələ” daha yaxşı çıxış etdi. Lakin, xüsusən də 76-cı dəqiqədə Məqsəd İsayevin qırmızı vərəqə almasından sonra komanda xarakter göstərdi və sona qədər qələbə hesabını qorudu. Uşaqlar çox ürəklə oynadılar. “Sabah” axıra qədər əzmlə mübarizə aparacaq. Komandanın neçənci yeri tutacağını mövsümün sonunda görəcəyik”.

Stamenkoviç 6 qolla bombardirilik yarışında lider olan komanda yoldaşı Marko Deviç barədə də xoş sözlər deyib:

“Azərbaycan indiyədək Marko Deviç kimi hücumçu görməyib. Burada çox yaxşı futbolçular olub. Amma bu cür kiçik komanda ilə qolları sıralayan olmayıb. “Mançester Yunayted”in skautu olsaydım, onu dərhal komandaya dəvət edərdim”.

“Sabah” cari çempionatda 4 oyundan 9 xal toplayıb və 2-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi