"Sportinq"in qapıçısının İngiltərə klubuna keçidinə dair təzminat məsələsi həll olunub

"Sportinq"in qapıçısının İngiltərə klubuna keçidinə dair təzminat məsələsi həll olunub Bakı. 17 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq”inin prezidenti Federiko Varandaş komandanın sabiq qapıçısı Ruy Patrisiunun İngiltərə Vulverhemptonuna keçidinə dair təzminat məsələsində razılıq əldə edib.
Futbol
17 Oktyabr , 2018 10:43
Sportinqin qapıçısının İngiltərə klubuna keçidinə dair təzminat məsələsi həll olunub
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq”inin prezidenti Federiko Varandaş komandanın sabiq qapıçısı Ruy Patrisiunun İngiltərə "Vulverhempton"una keçidinə dair təzminat məsələsində razılıq əldə edib.

“Report” “O Jogo” nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi 30 yaşlı qolkiperə görə 12 milyon avro əldə edəcək. Portuqaliyalı oyunçu iyunda “Sportinq”lə müqaviləsini ləğv edərək, "Vulverhempton"a azad agent kimi keçib. 

Varandaş yayda klubu pulsuz tərk edən futbolçular üçün təzminat almağı qərara alıb. Bu razılaşmadan sonra o, İspaniya “Atletiko"suna azad agent kimi transfer olunan Gelson Martins üçün də təzminat almağa çalışacaq. 

Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan "Sportinq" “Qarabağ”la ilk turda üz-üzə gəlib. Lissabonda keçirilmiş görüş “ağ-yaşıllar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi