"Sportinq"in baş məşqçisi oğlunu "Qarabağ" - "Sumqayıt" oyununu izləməyə göndərib

"Sportinq"in baş məşqçisi oğlunu "Qarabağ" - "Sumqayıt" oyununu izləməyə göndərib Bakı. 14 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın Azərbaycan Premyer Liqasının IV turunda “Sumqayıt”la ev oyununu Ağdam komandasının Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya “Sportinq”inin məşqçisi Vitor Hüqo Pezeyru da izləyəcək.
Futbol
14 Sentyabr , 2018 16:58
Sportinqin baş məşqçisi oğlunu Qarabağ - Sumqayıt oyununu izləməyə göndərib
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın Azərbaycan Premyer Liqasının IV turunda “Sumqayıt”la ev oyununu Ağdam komandasının Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya “Sportinq”inin məşqçisi Vitor Hüqo Pezeyru da izləyəcək.

“Report”un əldə etdiyi məlumata görə, Bakıya səfər edən 34 yaşlı mütəxəssis bu gün “Azərsun Arena”da saat 20:00-da start götürəcək matça tribunadan baxacaq. Ağdam klubu barədə məlumat toplamaq üçün Azərbaycana gələn Vitor Hüqo “Sportinq”in baş məşqçisi Joze Pezeyrunun oğludur. O, 2014-cü ildən etibarən atasının işlədiyi klublarda köməkçi-məşqçi kimi çalışır.

Qeyd edək ki, sentyabrın 20-də I tur çərçivəsində keçiriləcək “Sportinq” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi