Yuxarı

​"Spartak" üç mövsüm ardarda medalsız qalıb

Qırmızı-ağlar sona 3 tur qalmış bütün şanslarını itirib

Bakı. 11 may. REPORT.AZ/ Moskvanın "Spartak" klubu futbol üzrə Rusiya çempionatının 27-ci turunda "Terek"ə (Qroznı) 2:4 hesablı məğlubiyyətdən sonra medal qazanmaq şanslarını itirib.

"Report" xəbər verir ki, "qırmızı-ağlar" finişə üç tur qalmış 3-cü pillədə qərarlaşan MOİK klubundan 10 xal geridirlər.

"Spartak" artıq üçüncü mövsümdür ki, medallardan kənarda qalır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi