Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbolçu müəyyənləşib

Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbolçu müəyyənləşib Bakı. 30 may. REPORT.AZ/ Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbolçu müəyyənləşib.
Futbol
30 May , 2018 15:19
Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbolçu müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbolçu müəyyənləşib.

“Report” xəbər verir ki, “KPMG Football Benchmark”ın araşdırmasına əsasən, İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu ilk sıradadır. Portuqaliyalı hücumçunun 318,3 milyon izləyicisi var. İkinci sırada 191,4 milyonluq göstərici ilə Fransa PSJ-sinin braziliyalı forvardı Neymar qərarlaşıb.

“Twitter” hesabı olmayan İspaniyanın “Barselona” komandasının futbolçusu Lionel Messi siyahıda üçüncüdür. Argentina yığmasının kapitanını digər sosial şəbəkə hesablarında 179,3 milyon nəfər izləyir.

İlk "onluq"da növbəti sırada ardıcıllıqla kolumbiyalı Xames Rodriges (85,3 milyon), uelsli Qaret Beyl (78,6), ispaniyalı Andres İnyesta (71,2), almaniyalı Mesut Özil (69,8), isveçli Zlatan İbrahimoviç (62,9), ispaniyalı Serxio Ramos (60,6) və uruqvaylı Luis Suares (60,3) qərarlaşıb.

Qeyd edək ki, siyahı “Facebook”, “Instagram” və “Twitter” hesabları üzrə izləyici göstəricilərinə əsasən hazırlanıb.

Son xəbərlər

Orphus sistemi