Somalidə stadionda partlayış nəticəsində 3 futbolçu ölüb

Somalidə stadionda partlayış nəticəsində 3 futbolçu ölüb Partlayıcı qurğu yerli komandalar arasında oyun zamanı işə salınıb
Futbol
13 Aprel , 2018 05:36
Somalidə stadionda partlayış nəticəsində 3 futbolçu ölüb

Bakı. 13 aprel. REPORT.AZ/ Somalidə stadionda baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, partlayıcı qurğu yerli komandalar arasında oyun zamanı işə salınıb.

"Partlayış yerli futbolçular və futbol azarkeşlərinə qarşı yönəlib. Biz təsdiq edə bilərik ki, 5 nəfər ölüb, 10-dan çoxu yaralanıb", — deyə yerli hökumət nümayəndələri bildirib.

Yerli KİV-in məlumatına görə, ölənlər arasında 3 futbolçu da var.

Son xəbərlər

Orphus sistemi