Yuxarı

“SOCAR-la Fransada keçiriləcək AVRO-2016-nın finalına doğru” kampaniyasının ikinci mərhələsi yekunlaşıb

Qaliblər Avropa çempionatının qrup mərhələsindəki Rumıniya-İsveçrə oyununa 2 nəfərlik bilet qazanıblar

Bakı. 31 may. REPORT.AZ/ "SOCAR Petroleum SA" şirkətinin təşkil etdiyi “SOCAR-la Fransada keçiriləcək AVRO-2016-nın finalına doğru” kampaniyasının ikinci mərhələsinə yekun vurulub.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, SOCAR-ın paytaxt Buxarestdəki yanacaqdoldurma məntəqələrinin birində təşkil olunmuş mərasimdə kampaniyanın növbəti 10 qalibi müəyyənləşib. Qaliblər Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının qrup mərhələsindəki Rumıniya-İsveçrə oyununa 2 nəfərlik bilet qazanıblar. Uduşa həmçinin qaliblərin təyyarə ilə gediş-dönüş biletləri, qarşılanma və yolasalınma və hotel xərcləri daxildir. 

Xatırladaq ki, 11 aprel - 22 may tarixlərini əhatə edən 2-ci mərhələdə SOCAR-ın Rumıniya ərazisində fəaliyyət göstərən 33 yanacaqdoldurma məntəqəsində 60 litr həcmində yanacaq alan hər bir müştəri lotereya kuponu əldə edərək kampaniyada iştirak etmək hüququ qazanıb. Kampaniyanın qarşıdakı növbəti iki mərhələsində isə daha 11 qalib futbol üzrə Avropa çempionatının qrup mərhələsi və final oyunlarına bilet qazanmaq imkanı əldə edəcək. Hər bir mərhələnin sonunda kampaniyanın qalibləri "SOCAR Petroleum SA"nın ofisinə dəvət olunur və onlara biletlər xüsusi mərasimlə təqdim edilir. 

Qeyd edək ki, kampaniya 15 mart - 30 iyun tarixlərini əhatə edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi