​Nəhəng şirkətlər FİFA ilə əməkdaşlığa son qoyub

​Nəhəng şirkətlər FİFA ilə əməkdaşlığa son qoyub 5 sponsordan 4 il ərzində 1,5 milyard dollar gəlir götürülüb
Futbol
23 Yanvar , 2015 11:52
​Nəhəng şirkətlər FİFA ilə əməkdaşlığa son qoyub

Bakı. 23 yanvar. REPORT.AZ/ 3 nəhəng sponsor FIFA ilə münasibətlərini pozub. "Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, bunlar "Castrol", "Continental" və "Johnson & Johnson"dur.

Şirkət rəsmiləri bu addımı ali futbol qurumunun prezidenti Yozef Blatterlə fikir ayrılığı üzündən atdıqlarını bildiriblər. Daha öncə "Sony" və "Emirates" də FIFA ilə əməkdaşlığı pozub. Onlardan heç biri bu addımın səbəbini açıqlamayıb. 5 sponsordan 4 il ərzində 1,5 milyard dollar gəlir götürülüb. Onların hamısının vəsait ayırmaq üçün uzunmüddətli müqavilələri olub.

Qeyd edək ki, mayda yeni FIFA prezidenti seçkisi keçiriləcək. Ali futbol qurumunun rəhbəri postuna hazırkı prezident Yozef Blatter, sabiq baş katib Jerom Şampan, İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn və keçmiş fransalı futbolçu David Jinola namizəddir.

Son xəbərlər

Orphus sistemi