​"Simurq" Qazaxıstanın "Şaxtyor" klubunu məğlub edib

​"Simurq" Qazaxıstanın "Şaxtyor" klubunu məğlub edib Yoxlama oyunu 3-1 hesabı ilə yekunlaşıb
Futbol
14 Yanvar , 2015 01:23
​Simurq Qazaxıstanın Şaxtyor klubunu məğlub edib
Bakı. 14 yanvar. REPORT.AZ/ Antalyada qış təlim-məşq toplanışında olan "Simurq", bu gün ilk yoxlama oyununu keçirib.

"Report" klubun saytına istinadən xəbər verir ki, səhər saatlarında hava şəraiti ilə əlaqədar görüşün təxirə salındığı bildirilsə də, sonradan hər iki komandanın qarşılıqlı razılığı əsasında oyun baş tutub.

Bakı vaxtı ilə saat 18:00-da start götürən matçda Zaqatala təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib. "Simurq"dan qolları 25-ci dəqiqədə yeni transfer Elnur Abdullayev, 27-ci dəqiqədə Marko Stanoyeviç və 37-ci dəqiqədə Draqan Çeran vurub. Rəqib isə görüşün bitməsinə 5 dəqiqə qalmış təsəlli qolu vurmağı bacarıb.

Son xəbərlər

Orphus sistemi