Yuxarı
    Bağlamaq

    Şimali İrlandiya-Azərbaycan oyunu yağışlı havada keçiriləcək - FOTO

    Hazırda Windsor Parkda yağış yağır

    Bakı. 11 noyabr. REPORT.AZ/ Şimali İrlandiya və Azərbaycan milli komandaları arasında keçiriləcək 2018-ci il Dünya çempionatının seçmə qrup matçı yağışlı hava şəraitində baş tutacaq.

    "Report"un Belfasta ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırda "Windsor Park"da yağış yağır.

    Matça az qalsa da, tribunalar hələ indi dolmağa başlayır. Millimizi dəstəkləməyə Avropa ölkələrindən 50-dən çox fanat gəlib. Onlar Azərbaycan bayraqları ilə komandamızın lehinə müxtəlif şüarlar səsləndirirlər.

    Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi