Seymur Rəhimov: "Çalışacağıq Kubokda mərhələ adlayan tərəf biz olaq"

Seymur Rəhimov: "Çalışacağıq Kubokda mərhələ adlayan tərəf biz olaq" ​“Qarabağ” Azərbaycan çempionatının səviyyəsini aşmış komandadır"
Futbol
11 Dekabr , 2017 21:33
Seymur Rəhimov: Çalışacağıq Kubokda mərhələ adlayan tərəf biz olaq

Bakı. 11 dekabr. REPORT.AZ/ "Maraqlı oyun oldu. “Qarabağ” üstün futbol sərgilədi. Bu komanda Azərbaycan çempionatının səviyyəsini aşmış komandadır. Qurban Qurbanovu qələbə münasibəti ilə təbrik edirəm".

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Seymur Rəhimov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sumqayıt"a 1:2 hesablı məğlubiyyəti şərh edərkən söyləyib.

O, bildirib ki, "Sumqayıt"ın heyətinin 70 faizi gənclərdən təşkil olunub:

"Bu oyunçular Azərbaycan millisinin gələcək üzvləridir. Kubok oyunu iki matçdan ibarətdir. Çalışacağıq mərhələni adlayan tərəf biz olaq".

Son xəbərlər

Orphus sistemi