Yuxarı
    Bağlamaq

    "Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

    Çox çətin oyun oldu

    Bakı. 25 iyul. REPORT.AZ/ "Çox çətin oyun oldu. Birinci hissədə yaxşı oynadıq. İkinci hissə isə bizim üçün daha çətin keçdi. Öz qapımızı daha çox qorumalı olduq. Dünən də çətin oyun olacağını demişdim. Rəqibin yaxşı hücumçuları var. Azarkeşlərin təzyiqi də bizim işimizi çətinləşdirdi. Buna baxmayaraq, daha yaxşı oynaya bilərdik".

    "Report"un məlumatına görə, bunu Moldova "Şerif"inin baş məşqçisi Roberto Bordin "Qarabağ"la Bakıda 0:0 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

    İtaliyalı mütəxəssis jurnalistlərin digər suallarını da cavablandırıb...

    Bu oyunla "Şerif” nəyə ümid edir?

    - "Qarabağ” topla çox yaxşı rəftar edir. Rəqib cinahlardan hücum edirdi. Buna görə, cinahları bağlamışdıq. Səfərdə oynadığımızdan, oyunumuzu əks-hücumlar üzərində qurmuşduq. İlk hissədə oyunumuz alındı. İkinci hissədə isə daha çətin oldu.

    "Şerif”in "Qarabağ”ın qapısına bir zərbəsini də görmədik...

    - Yəqin ki, siz oyunu yaxşı izləməmisiniz. Sizin üçün də çətin anlar yaşandı. İkinci hissədə hücum edə bilməzdik. Çünki rəqibin cinahlardan hücumları artmışdı. Buna görə, müdafiə olunmağa məcbur olduq.

    Komandanızdan tam razı qalmadığınızı dediniz. Konkret nədən narazı qaldınız?

    - Bunu deyəndə, əks-hücumları nəzərdə tuturdum. Əks-hücum zamanı irəli xətdəki hücumçumuz tək qalmışdı. Ona cinahlardan kömək olsaydı, daha yaxşı olardı. Bunun səbəbini bilirəm. Bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi