"Qəbələ"yə zədəli qayıdan futbolçunun durumuna aydınlıq gətirilib

"Qəbələ"yə zədəli qayıdan futbolçunun durumuna aydınlıq gətirilib Sergey Zenyov PAOK-la oyuna hazır olacaq
Futbol
11 Sentyabr , 2015 10:51
Qəbələyə zədəli qayıdan futbolçunun durumuna aydınlıq gətirilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Estoniya millisinin düşərgəsində zədələnən "Qəbələ"nin futbolçusu Sergey Zenyovun durumuna aydınlıq gəlib. Klubun meneceri Səbuhi Səfiyarlının "Report"a verdiyi məlumata görə, 26 yaşlı hücumçu tibbi müayinədən keçib. 

Müayinə nəticəsində Zenyovun zədəsinin ciddi olmadığı aşkarlanıb. Artıq forvardın məşqlərə qoşulduğunu bildirən menecer onun Azərbaycan Premyer Liqasının IV turunda "İnter"ə qarşı oynamasının riskli olduğunu söyləyib. Amma "Qəbələ" rəsmisi Zenyovun Avropa Liqasında qrup mərhələsinin ilk turunun Yunanıstan PAOK-u ilə görüşündə meydana çıxacağını vurğulayıb. 

Qeyd edək ki, "Qəbələ" "İnter"lə sentyabrın 12-də, PAOK-la isə sentyabrın 17-də üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi