Sənan Qurbanov: "Arxada qalan 3 oyunun ən pisini keçirdik"

Sənan Qurbanov: "Arxada qalan 3 oyunun ən pisini keçirdik" Qəbələ. 25 avqust. REPORT.AZ / Tam fərqli planlarımız var idi. Sanki hər şey 180 dərəcə döndü. Rəqib azlıqda qaldıqdan sonra da təşəbbüsü əldən vermədi. Arxada qalan 3 oyunun ən pisini keçirdik.
Futbol
25 Avqust , 2018 20:54
Sənan Qurbanov: Arxada qalan 3 oyunun ən pisini keçirdik
Sənan Qurbanov

Qəbələ. 25 avqust. REPORT.AZ / "Tam fərqli planlarımız var idi. Sanki hər şey 180 dərəcə döndü. Rəqib azlıqda qaldıqdan sonra da təşəbbüsü əldən vermədi. Arxada qalan 3 oyunun ən pisini keçirdik".

"Report"un Şirvan bürosunun məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis komandasının zəif çıxışının səbəbini belə izah edib:

"Uşaqları oyuna kökləmişdik. Ötən turdakı məğlubiyyətdən sonra mütləq qalib gəlməli idik. On nəfərlə qalan rəqiblə qarşılaşmada qələbə hesabını qorumamaq olduqca pis haldır. Etiraf edirəm ki, bu gün qələbəyə layiq deyildik".

Qurbanov mərkəz müdafiəçisi Rasim Ramaldanovu zədə ilə əlaqədar əvəzlədiyini də əlavə edib:

"Yerə yıxıldıqdan sonra Rasimin başı gicəlləndi. Bu səbəbdən, Asif Məmmədovu meydana daxil etdim ki, oyuna nəzarəti əldə saxlayaq. Təəssüf ki, bu, öz bəhrəsini vermədi".

Son xəbərlər

Orphus sistemi