Yuxarı

​"Seltik" klubu hamilə futbolçu transfer edib

Enn Rudmos apreldə ana olmağa hazırlaşır

Bakı. 24 fevral. REPORT.AZ/ Şotlandiyanın "Seltik" klubu qadınlardan ibarət komandasına hamilə futbolçu cəlb edib. "Report"un məlumatına görə, bu Danimarka millisinin yarımmüdafiəçisi Enn Rudmosdur.

O, apreldə ana olmağa hazırlaşdığından, bir neçə aydan sonra komandanın düşərgəsinə qoşula biləcək. E.Rudmos "Seltik"in müdafiəçisi Erik Svyatçenkonun həyat yoldaşıdır.

Cütlük məktəb vaxtlarından futbolla məşğul olub və 10 ildir bir yerdədirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi