"Səbail" Ukrayna klubunu məğlub edib
Futbol
- 21 yanvar, 2019
- 17:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Səbail" komandası bu gün növbəti yoxlama matçına çıxıb.
"Report"un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Ukrayna "Desna"sı ilə qarşılaşıb.
Side qəsəbəsindəki "Arslan Zeki Demirci" İdman Kompleksində baş tutmuş qarşılaşma "Səbail"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın qollarını 39-cu dəqiqədə Orxan Qurbanlı, 70-ci dəqiqədə isə Kevin Kubemba vurub.
Daha əvvəl Macarıstan "Aqvital"ını 3:2 hesabı ilə yenən "Səbail" İsveçrə "Sürix"i ilə heç-heçə edib - 1:1. Çerniqov şəhərini təmsil edən "Desna" Ukrayna Premyer Liqasında 18 turdan sonra 24 xalla 6-cı pillədə qərarlaşıb.
Son xəbərlər
13:53
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb
Biznes
13:49
Ötən rüb Azərbaycanda qaz istehlakı 7 %-ə yaxın azalıb
Energetika
13:46
"Firefox" Azərbaycandakı bazar payının 17 %-dən çoxunu itirib
İKT
13:44
Vaqif Sadıqov: "U-15 dünya çempionatı Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək"
Futbol
13:40
SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb
Energetika
13:39
ABŞ-də "Halloween" günlərində silahlı insidentlər nəticəsində azı 15 nəfər ölüb
Digər ölkələr
13:35
SOCAR III rübdə 632 milyon kubmetrə yaxın qaz emal edib
Energetika
13:27
Sander van der Eyk "Sabah"dan əvvəl Azərbaycan millisinin oyununu idarə edib
Futbol
13:22
Foto
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi