"Səbail" klubunun yeni transferi: "Uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik"

"Səbail" klubunun yeni transferi: "Uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik" "Yeni transferlə üçün bu oyunlar böyük əhəmiyyət kəsb edir"
Futbol
25 Yanvar , 2017 15:34
Səbail klubunun yeni transferi: Uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik

Bakı. 25 yanvar. REPORT.AZ/ "Səbail"in şərəfini qoruyacağım üçün xoşbəxtəm. Öz oyunumla baş məşqçinin və rəhbərliyin etimadını doğrultmağa çalışacağam". 

"Report"un məlumatına görə, bunu Azərbaycan I Divizionunda çıxış edən "Səbail"in yeni transferi Rəşad Əzizli klubun mətbuat xidmətinə açıqlamasında deyib.

İyirmi üç yaşlı qapıçı II dövrənin hazırlıqlarını davam etdirdiklərini söyləyib: "Komandanın yaxşı təlim-məşq toplanışı keçməsi üçün əla şərait yaradılıb. Antalyada 2 yoldaşlıq görüşü keçirmişik. Sabah "Seged"lə oyunda qələbə qazanmağa çalışacağıq. Yeni transferlərin uyğunlaşması baxımından bu oyunlar böyük əhəmiyyət kəsb edir. İkinci dövrəyə uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Səbail" Rəşad Əzizli ilə qış transfer pəncərəsində müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi